İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İslam Respublikası Sərhəd Qoşunlarına general Əhməd Əli Guderzinin komandan təyin edib.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, ondan əvvəl bu vəzifəni briqada generalı Qasım Rzayi tutub. O, polis qüvvələri komandanına müavin təyin edilib.

Qeyd edək ki, Əhməd Əli Guderzi bu vəzifəyə İran Polis Qüvvələrinin baş komandanı briqada generalı Hüseyin Əştərinin tövsiyəsi ilə təyin olunub.

İstinadlar Report