İranın Bağdaddakı səfiri İrəc Məscedi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumatı “Al-arabiya” yayıb.

Səfirdən ABŞ-ın İrana mümkün hücumu zamanı ərazisindən istifadə edəcəyi istənilən ölkəni, o cümlədən İraqı vuracaqları barədə verdiyi bəyanatla bağlı izahat tələb edilib.

İraq XİN-in rəsmisi Əbdül-Kərim Haşem ABŞ hərbiçilərinin rəsmi Bağdadın istəyi ilə ölkədə olduqlarını İrəc Məscedinin nəzərinə çatdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Məscedi “Dijla” telekanalına müsahibəsində ABŞ-ın İrana hücum edəcəyi dünyanın istənilən nöqtəsinə, o cümlədən İraqa cavab zərbəsi endirəcəklərini bildirib.

İstinadlar Report