İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək.

Məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb.

Qeyd olunub ki, İran Rusiyaya “Fəth-360” buraxılış qurğuları göndərəcək. Məlumata görə, bu raketlər 120 km-ə qədər əməliyyat radiusuna malikdir.

2024-cü ilin sentyabrında ABŞ administrasiyası İranın Rusiya bayrağı olan doqquz gəmi ilə bu ölkəyə ballistik raketlər çatdırdığını bildirmişdi.

İstinadlar Report