İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətində ölkəsinin Ukraynadakı vəziyyətin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi danışıqların yekunu üzrə məlumat yayıb.

“İran Ukraynadakı münaqişənin həlli üçün istənilən diplomatik cəhdləri dəstəkləyir, bu böhranın həllində vasitəçilik və kömək etməyə hazırdır”, – məlumatda deyilir.

İstinadlar Report