Qanunsuz mühacirlər bu ilin sonunadək (İran təqvimi ilə 2025-ci il martın 21-dək) İran ərazisini tərk etməlidir.
Bunu İran Sərhəd Polisinin komandanı briqada generalı Əhməd Əli Qudarzi bildirib.
Onun sözlərinə görə, bu siyasət İranın təhlükəsizliyi üçün xalqın iradəsinə uyğun olaraq həyata keçirilir: “Onlar indiyədək ölkəmizin imkanlarından faydalanıblar, indi isə İranı tərk etməlidir”.