İran qaz hasilatını artırmağı planlaşdırır.

Bunu Əlcəzairdə keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun VII sammitində İran İslam Respublikasının neft naziri Cavad Övci deyib.

Onun sözlərinə görə, İran yaxın beş ildə qaz hasilatını bugünkü 1,07 milyard kubmetrdən 1,3 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Nazir əlavə edib ki, bu məqsədə nail olmaq üçün ölkə qaz hasilatı kompleksinə 80 milyard dollardan çox vəsait ayıracaq.

İstinadlar Report