İran Xarici İşlər nazirinin müavini Abbas Araxçi Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, səfərin məqsədi Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs irəli sürməkdir.