İranda 10 noyabrda yüzlərlə yerli qadına Asiya Çempionlar Liqasının final oyununu izləməyə icazə verilib.

Azərbaycan 24 xəbər verir ki, Tehranın klubunun yapon rəqibinə uduzduğu final matçını qadınların izləməsi İran üçün fövqəladə hadisədir. Belə ki, son 35 ildə qadınlar çox nadir hallarda stadiona buraxılır.

Keçən ay Boliviya ilə dostluq oyununda da belə bir istisnaya yol verilsə də, sonradan qadağa yenidən sərtləşmişdi.

Bildirək ki, İran öz qadınlarına nadir halda icazə versə də, ölkədə keçirilən beynəlxalq oyunlarda xarici ölkələrdən olan qadın azarkeşlərə bu qadağa şamil edilmir.