
İran milli maraqları nəzərə alınacağı təqdirdə nüvə proqramı məsələsində ABŞ ilə razılaşmağa hazırdır.
Bunu İran lideri Məsud Pezeşkian ölkə regionlarının qubernatorları ilə görüşündə deyib.
“ABŞ ilə danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq, razılaşmaya hazırıq”, – o deyib.
O əlavə edib ki, Vaşinqton bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina edərsə, Tehran öz yolu ilə gedəcək.
Xatırladaq ki, aprelin 12-də ABŞ və İran arasında sanksiyaların ləğvi və nüvə məsələlərinə dair danışıqların birinci raundu başa çatıb. Tərəfləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi, vasitəçi qismində isə Omanın xarici işlər naziri Bədr bin Həməd Əl Busaidi təmsil edib.