
İran prezidenti 1 həftə sonra nəhayət ki, zəlzələdən zərər çəkmiş Xoy şəhərinə səfər edib
Yanvarın 28-də yerli vaxtla saat 21:44-də şəhərdə 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib.
İran mediasının məlumatına görə güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.
Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.
Əsasən türklərin yaşadığı Xoya zəlzələdən sonra İran dövləti tərəfindən lazımi diqqət və yardımın göstərilməməsi ciddi narazılığa səbəb olmuşdu.