“Səfərim İranla Rusiya arasında siyasi, iqtisadi, ticari əlaqələrdə, eləcə də regionda təhlükəsizliyin, iqtisadi və ticari əlaqələrin səmərəsinin təmini üçün dönüş ola bilər”.

Bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri zamanı Tehranın Mehrabad hava limanında jurnalistlərə açıqlamasında bildirib.

“Bu səfər Rusiya Prezidenti Vladimir Putinin dəvətinə əsasən gerçəkləşir. Səfərin gedişində bölgədə xoşməramlı qonşuluq siyasətinin yürüdülməsi üçün səylər göstəriləcək. İran və Rusiya arasında münasibətlər heç şübhəsiz regionda təhlükəsizliyi təmin edir və birtərəfliliyin qarşısını alır. Biz Rusiya ilə bölgədə bir çox iqtisadi və siyasi təşkilatların, habelə Rusiyanın vacib rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatının da üzvüyük. Rusiya Avrasiya İqtisadi İttifaqında vacib rol oynayır. Bizim əməkdaşlığımız iqtisadi-ticari layihələrdə səmərəliliyi artıra bilər”, – o bildirib.

İstinadlar Report