
“Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”.
Bunu İran Prezidenti Həsən Ruhani bildirib.
“Xalq bilməlidir ki, hökumət ABŞ-ın hədələrindən qorxmur”, – o vurğulayıb.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
Qeyd edək ki, cari ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.