İranın paytaxtı Tehranda Taleqani küçəsində baş verən silahlı atışma nəticəsində 2 polis zabiti yaralanıb.

Bu barədə Tehran əyaləti polis idarəsindən bildiriblər.

Məlumata görə, Şəhidlər və Veteranlar Fondunun qarşısında adamların çox olduğu vaxt bir nəfər tapança ilə zabitlərə və sıravi vətəndaşlara atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı da ayaqlarından yaralanıb. Yaralanan polis zabitləri hospitala yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlərin tutulduğuna dair məlumat yayılıb.

Qeyri-rəsmi mənbələrin yaydığı məlumata əsasən, atışma nəticəsində Tehran Şəhər Polis İdarəsinin zabiti Abbas Rahəncam ölüb, həyat yoldaşı yaralanıb.