İran parlamentinə XXII çağırış seçkilərlə bağlı təbliğat kampaniyası başlayıb.

Bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, təbliğat kampaniyası martın 10-u saat 8-dək davam edəcək.

Məlumata görə, İranın daxili işlər naziri Əhməd Vahidi deputatlığa namizəd olmaq istəyən 15 min 200 nəfərlə bağlı üç ay Nəzarət Şurası tərəfindən araşdırma aparıldığını bildirib. İnformasiyaya əsasən, təkcə Tehran, Rey, Şemiranat, İslamşəhr və Pardis seçki dairələrində 3545 namizəd parlamentə üzv olmaq uğrunda mübarizə aparır.

İstinadlar Report