
İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinə Parisdə keçiriləcək Olimpiya Oyunları başlayana qədər Qəzza sektorunda atəşkəs rejiminin tətbiqinin zəruri olduğunu bəyan edib.
Bu barədə İranın idman və gənclər naziri Kumars Həşimi ölkədə İslam inqilabının banisi olan İmam Xomeyninin məqbərəsini ziyarət edərkən bildirib.