İran Silahlı Qüvvələri Quru qoşunları komandanlığı ölkənin şimal-qərbində, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri ətrafında “Zülfüqari-vilayət” adı altında hərbi təlimə başlayıb.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, hərbi təlimlər noyabrın 19-da axşam saatlarında başa çatacaq. Hərbi təlimi helikopterlər dəstəkləyib.

Qeyd edək ki, İran ordusu oktyabrda Urmiya şəhəri ətrafında Türkiyə-İraq sərhədləri yaxınlığında “Bir hədəf, bir güllə!” şüarı ilə hərbi təlim keçirib.

İstinadlar Report