
İran İsrailə zərbə endirmək üçün onlarla pilotsuz təyyarə ilə hücuma başlayıb.
Bu barədə İsrailin KAN radiosu xəbər verir. İsrail tərəfi dronların hərəkətini izlədiklərini və qarşıdakı saatlarda yaxınlaşan PUA-ları məhv etməyə çalışacaqlarını bildirib.
Bundan əvvəl “Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.