
İranın BMT-dəki missiyası Tehranın nüvə proqramı üzrə danışıqların bərpası perspektivlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, iranlı diplomatlar nüvə proqramından tam imtina tələblərinin qəbuledilməzliyini vurğulayıblar: “Əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman belə məsələlər müzakirə oluna bilər. Ancaq danışıqların məqsədi ABŞ-nin 44-cü prezidenti Barak Obamanın əldə edə bilmədiyi, yəni İranın “sülh məqsədli” nüvə proqramının ləğvi olacaqsa, o zaman belə danışıqlar heç vaxt baş tutmayacaq”.
Bu yaxınlarda ABŞ bəyan edib ki, İranın nüvə proqramı məsələsinin hərbi yolla həllini istisna etmir, lakin problemi dialoq yolu ilə nizamlanmasını istəyir.