İran Mərkəzi Bankının sabiq sədri Vəliyullah Seif korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılaraq 10 il müddətinə həbs cəzasına məhkum edilib.

Bu barədə Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian bildirib.

Onun sözlərinə görə, müttəhim 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında, səhlənkarlıq və əyintilərdə təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da valyuta vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə 8 ilə azadlıqdan məhrum edib.

İstinadlar Report