Tarix:06/05/21 İran məhsularlığı bir neçə petaflops olan superkompüter hazırlayıb

İran məhsuldarlığı bir neçə petaflops (saniyədə kvadrillion əməliyyat) olan öz superkompüterini sınaqdan keçirib. Bu haqda İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi “Twitter”də öz səhifəsində məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “nauka.”Lazımi hesablama imkanlarını təmin etmək üçün İran gəncləri məhsuldarlığı bir neçə petaflops təşkil edən “Simurq” superkompüterini hazırlayıblar və sınaqdan keçiriblər – nazir deyib. Tezlik rəsmi təqdimatı keçiriləcək”.

Quşların şahı olan simurq İran mifologiyasında fantastik varlıq hesab edilir.

İran 10 ildən çoxdur ki öz superkompüteri üzərində işləyir, hələ 2000-ci illərin əvvəllərində ilk modellər haqqında məlumat verilmişdi, ancaq məhsuldarlığı bir neçə petaflops olan superkompüter haqqında informasiya ilk dəfədir ki səslənir.

Emil Hüseynov

Baxış sayı: 0

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır


İstinadlar ict news