Keçən İran ilində (20 mart 2024-cü il – 20 mart 2025-ci il) İran limanlarında 235 milyon ton yük aşırılıb.

Bunu ölkənin yollar və şəhərsalma nazirinin müavini və Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib. İrana məxsus limanlarda vurulmuş yüklərin həcmi təqribən 153 milyon ton, boşaldılmış yüklərin həcmi isə 82,3 milyon tona yaxın olub.

Bundan əvvəlki İran ili ərzində (21 mart 2023-cü il – 19 mart 2024-cü il) İrana məxsus limanlarda təqribən 237 milyon ton yük işlənib.

Səid Rəsuli qeyd edib ki, ötən il İran limanlarında 103 milyon ton neft və neft məhsulları aşırılıb. Qalan yüklər təxminən 132 milyon ton təşkil edib.

Göstərilən dövr ərzində limanlarda 3,08 milyon TEU işlənib ki, bu da inişillə müqayisədə (21 mart 2023-cü il tarixindən 20 mart 2024-cü il tarixinədək) 13% artım deməkdir.

İstinadlar Report