SEPAH Tel-Əvivə birbaşa zərbə endirməkdə israrlıdır, lakin Pezeşkian qonşu ölkələrdəki gizli İsrail bazalarını hədəf almağı təklif edir.

Bu barədə “Telegraph” məlumat yayıb.

Məlumata görə, İranın yeni Prezidenti İsraillə hərtərəfli müharibənin qarşısını almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı mübarizə aparır.

İsmayıl Haniyənin öldürülməsinə İranın necə cavab veriləcəyi ilə bağlı Tehran hakimiyyəti arasında fikir ayrılığı var.

İnqilab Keşikçiləri Korpusunun yüksək səviyyəli generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqətini hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər.

Lakin Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail bazalarını hədəf almağı təklif edib.

Daha əvvəl isə məlumat yayılmışdı ki, Pezeşkian İranın zərbədən sonra İsrailin qarşısında dura bilməyəcəyi və hava zərbələrindən ölkə infrastrukturu və iqtisadiyyatının çökə biləcəyi barədə Xameneyiyə xəbərdarlıq edib.