İran İsrailə hücumu “İsrailin təcavüzünə qarşı qanuni və əsaslandırılmış özünümüdafiə aktı” adlandırıb.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Vanessa Freyzerə göndərdiyi məktubda deyilir (aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrlik Maltaya keçib – red.).

Qeyd olunub ki, İran Birləşmiş Millətlər Təşkilatının məsul üzvü kimi qurumun nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş məqsəd və prinsiplərə sadiqdir, regionda gərginliyin artmasına və münaqişəyə can atmadığına dair ardıcıl mövqeyini bir daha bəyan edir.

İstinadlar Report