İran İraqla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə İraq Müdafiə Universitetinin Ali Hərbi Təhsil Müəssisəsinin prezidenti general-leytenant Saad Mişer Möhsün Əl-Alaq ilə görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkənin yerləşdiyi region böyük əhəmiyyət kəsb edir, onların da böyük enerji ehtiyatları var ki, bu da dünyanın bəzi siyasətçilərini ölkələrin resurslarından istifadə etmək fikrinə vadar edib.

İstinadlar Report