İran İraqa neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda müştərək layihələr hazırlamağı təklif edib.

Bunu İran Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocastemehr deyib.

Onun sözlərinə görə, İranda 400-ə yaxın neft və təbii qaz yatağı aşkar edilib, onların bir hissəsi İraqla sərhəddə yerləşir, ona görə də neft-qaz sahəsində əməkdaşlıq üçün əməli addımlar atmağın vaxtı çatıb.

İcraçı direktor qeyd edib ki, İran gündə təxminən 4 milyon barel neft və 1 milyard kubmetr qaz hasil edir.

“Yaxın 7 ildə ölkə neft və qaz hasilatının səviyyəsini sutkada 6 milyon barelə və 1,5 milyard kubmetrə çatdırmaq niyyətindədir. Belə göstəricilərə nail olmaq üçün İran 70 milyard dollar həcmində investisiya cəlb etməlidir. Biz bu sərmayələrin bir hissəsinin İraqla əməkdaşlıq yolu ilə cəlb olunmasını istəyirik. Bu gün bizim karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində birgə işləmək üçün gözəl imkanımız var”, – Xocastemehr bildirib.

İstinadlar Report