İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb.

Bu barədə İranın Bağdaddakı səfirliyindən məlumat verilib.

“İraqın bütün vətəndaşları oktyabrın 24-dən dekabrın 27-dək İranın bu ölkədəki nümayəndəliklərinin vizasını almadan səfər edə bilər”, – deyə səfirlik qeyd edib.

İraq vətəndaşlarının İrana səfər etməsi üçün viza verilməsinin dayandırılmasına səbəb olaraq Bağdad və bir neçə şəhərdə keçirilən etiraz aksiyası göstərilib.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyası keçirilir.

İstinadlar Report