İran-İraq sərhədində zəlzələ olub

İranın qərbində yerləşən Kirmanşah əyalətinin Sərpoli-Zahar rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Bu məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, İraqla sərhədə yaxın ərazidə yerləşən Kirmanşah əyalətində zəlzələ 12 km dərinlikdə baş verib.

Yeraltı təkanlar nəticəsində ölənlərin, xəsarət alanların və dağıntıların olub-olmadığı barədə məlumat yayılmayıb.

Qeyd edək ki, ötən il noyabrın 12-də Kirmanşah əylətində baş vermiş zəlzələ nəticəsində 540 nəfər ölmüş, 8 mindən çox sakin yaralanmışdı.

İstinadlar Report

İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində 4,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri İranın İlam şəhərindən 72 km qərbdə, İraqın Məndəli şəhərindən 11 km şərqdə, 48 km dərinlikdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

İstinadlar Qafqazinfo