İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsndə hərbi təlim keçirməyə başlayıb.

Bunu qvardiyanın Qərbi Azərbaycan üzrə komandanı, general Həbib Şehsevari bildirib.

Onun sözlərinə görə, manevr “Aşuraçılar hakimiyyəti” adı altında keçirilir: “Təlimə 40 min könüllü səfərbər edilib. Məqsəd könüllülərin siyasi və ideoloji təlimi ilə yanaşı, bəzi döyüş taktikalarını öyrənmələri və praktik şəkildə onları inkişaf etdirməkdir”.

İstinadlar Report