
İran Həmkarları Ali Konfederasiya Şurası prezidentliyə namizədlərdən fəhlələrlə bağlı proqramlarını təqdim etmələrini istəyib.
Şuranın başçısı Sami Cülpur bu barədə məktub yayıb.
Bildirilib ki, 30 maddədən ibarət məktubda fəhlələrin həyat və iş şəraitinin yaxşılaşdırılması, sığorta olunması, məşğulluq, əmək haqqı və qadın işçilərin hüquqlarının ədalətlə tənzimlənməsi, pensiyaçılar üçün yaşayış şəraitinin real bərabərləşdirilməsi, işçilərin mənzillə təmin olunması, müqavilələrin imzalanmasında fəhlələrin hüquqlarının qorunması, Ali Əmək Şurası strukturunda islahatlar aparılması, talan edilmiş dövlət sərvətlərinin qiymətləndirilməsi və geri qaytarılması və başqa maddələr öz əksinin tapıb.
“Ali Məqamlı Rəhbərin milli iqtisadiyyatda kooperativ və özəl sektorun payının artırılması siyasətini həyata keçirmək üçün özəlləşdirmə modelinə yenidən baxılması və dəyişdirilməsi ilə bağlı müfəssəl tədbirlər planınız varmı? Bu proqramı bizə, fəhlələrə verin”, – məktubda bildirilib.
Qeyd edək ki, İranda iyunun 28-də prezident seçkiləri keçiriləcək.