İran Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə (HHM) qüvvələri “Hava Hücumundan Müdafiənin gücü” çərçivəsində fevralın 4-də təlimlərin ikinci mərhələsinə başlayıb.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran ordusu və İnqilab Keşikçiləri Qvardiyası son illər birlikdə bir neçə hərbi təlim keçirib.

Məlumata görə, təlimlərin ikinci mərhələsinə İranın Birləşmiş Hava Hücumundan Müdafiə Şəbəkəsinin idarə etdiyi silahlı qüvvələrin müxtəlif raket, artilleriya, radar, elektron, kəşfiyyat və müşahidə sistemləri cəlb olunub.

İnformasiyaya əsasən, təlim İslam Respublikasının mərkəzi və cənub rayonlarında keçirilir.

İstinadlar Report