
İran Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini briqada generalı Məhəmməd Əhədi Ermənistanın Tehrandakı səfiri Qriqori Akopyanla əməkdaşlıq və regiondakı vəziyyətə dair məsələləri müzakirə ediblər.
Məlumatı İran KİV-i yayıb.
Məlumata görə, görüşdə iranlı general bildirib ki, qonşularla əməkdaşlığın artırılması çərçivəsində İrəvanla əlaqələr Tehran üçün xüsusi əhəmiyyət kəsb edir. O, Ermənistanın ərazi bütövlüyünü dəstəkləməkdə İranın mövqeyini bir daha bəyan edib.