İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi dəniz qüvvələri təlim zamanı uzaqmənzilli ballistik raketi uğurla buraxıb.

“Fars” agentliyinin xəbərinə görə, bu barədə bazar ertəsi elit bölmələrin komandanı, general-leytenant Hüseyn Səlami məlumat verib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib. Bunlardan biri də İranın Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin uğurla buraxılmasıdır ki, bu da bizim dəniz qüvvələrimizin imkanlarını istənilən nöqtəyə çatdırıb”, – o deyib.