İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcai limanında yanğın yenidən alovlanıb və güclü külək onun yayılmasını sürətləndirib.

Bunu İranın daxili işlər naziri İskəndər Muameni deyib:

“Böhrana nəzarət etmək üçün bütün əyalət qüvvələri səfərbər edilib. Güclü külək səbəbindən konteynerlərdəki yanğın sürətlə yayılıb. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün bəndlər tikilib, ərazinin ətrafına boş konteynerlər qoyulub”.

O əlavə edib ki, yanğının lokallaşdırılmasına bütün mümkün xidmətlər cəlb olunub və onlar gücləndirilmiş iş rejimində işləyirlər.

İstinadlar Report