İranın “Qırmızı Aypara Cəmiyyəti” Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin “Qırmızı Aypara Cəmiyyəti”nin təklifini qəbul etməyib.

Bu barədə Türkiyənin “Qırmızı Aypara Cəmiyyəti”ndən bildirilib.

Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

“Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir” – məlumatda bildirilib

Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

İstinadlar Report