İranın xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Mәhәmmәd Cavad Zәrif açıqlamasında bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.

Onun Bakıda Azərbaycanın dövlət rəsmiləri ilə görüşəcəyi gözlənilir.