İran ABŞ ilə bütün məhkumları dəyişdirməyə hazırdır.

Bu barədə xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda keçirilən “Xarici Əlaqələr Şurası” adlı virtual platformda bildirib.

“Biz tam şəkildə mübadiləyə hazırıq. Burada söhbət İran vətəndaşlarından gedir. ABŞ həbsxanalarında olan vətəndaşlarımız yalnız öz ölkələrinə dönük çıxmadıqları üçün oraya düşüblər”, – nazir deyib.

İstinadlar Report