Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

Bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

İstinadlar Report