
İpoteka və Kredit Zəmanət Fondu ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Belə ki, aksiya çərçivəsində Fondun rəhbərliyi və kollektivinin iştirakı ilə paytaxtın Xətai rayonunda yerləşən Gənclik parkında şam ağacları əkilib.
Qeyd edək ki, 2022-ci il sentyabr ayının 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.