“Opera Software” şirkəti “iPhone” smartfonları üçün “Opera Touch” mobil brauzerinin yeni versiyasını təqdim edib.

Artıq “App Store” mağazasına yükləmək üçün yerləşdirilən əlavədə apreldə yenilənmiş brauzerin fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasında olan “Web 3.0” üçün əksər texnologiyalar tətbiq edilib.

Bildirilir ki, hazırda “iOS” əməliyyat sistemi üçün “Opera” brauzerində “Android” versiyasında və “Windows” və “Mac” əlavələrində olduğu kimi kriptovalyuta pul kisəsi quraşdırılıb. Tərtibatçıların sözlərinə görə, kriptovalyuta pul kisəsi “Ethereum” blokçeynində tətbiq edilən “Web 3.0” paylanmış proqramları ilə birbaşa əlaqə yaratmağa imkan verir. Digər brauzerlərdə bunun üçün “MetaMask” kimi proqram yeniləmələrinin quraşdırılması tələb olunur.

“iOS” sistemi üçün “Opera Touch” brauzerinin təsvirində qeyd olunur ki, o, bütün “ERC-20” tokenlərini, steyblkoinləri (stablecoin) və mübadilə edilməyən tokenləri dəstəkləyir. Brauzeri quraşdırmaqla blokçeyn əlavələrinin ünvanlarını daxil edərək onlardan istifadə mümkündür. Həmçinin brauzer quraşdırılmış “VPN” texnologiyası ilə təchiz olub.

Oxumağa dəyər:   "Problem SOS siqnalı çalınacaq qədər təhlükəlidir" - Deputat

Nizam Nuriyev

İstinadlar ict news