ABŞ-nin Apple korporasiyası “iPhone 16” seriyalı smartfonlarını təqdim edib.
Təqdimat şirkətin saytında yayımlanıb.
Yeni “iPhone 16” yenilənmiş dizaynla çıxıb. Belə ki, şirkət kamera linzalarının yerini dəyişib. Cihaz maksimum 2000 nit parlaqlığa malik 50 faiz daha davamlı ekrana malikdir.
“iPhone 16” 6,1 düym, “16 Plus” versiyası isə 6,7 düymlük ekrana sahibdir.
Telefonlar süni intellekt (AI) dəstəyi ilə yeni A18 prosessoru ilə təchiz edilib. Onun “iPhone 15″də istifadə olunan A16 çipindən 30 faiz daha sürətli olduğu qeyd edilib. Smartfonların operativ yaddaşının miqdarı açıqlanmır.
“iPhone 16” və “16 Plus” ikili kameraya malikdir. Əsas modulun təsviri 48 meqapiksel, ultra geniş bucaqlı modulun təsviri 12 meqapikseldir.
“iPhone 16″nın qiyməti 800 dollar təşkil edib. “iPhone 16 Plus” modeli isə ən azı 900 dollar qiymətləndirilib.