Yunanıstanın cənubundakı İos adasında 4,7 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Quruma görə, İos adasında baş vermiş zəlzələnin episentri Türkiyənin Muğla şəhərinin Bodrum rayonundan 171 km məsafədə olub.