“Apple” korporasiyası “iOS 14” əməliyyat sisteminin ilk ictimai beta versiyasını təqdim edib. Smartfonlar üçün əməliyyat sistemindən başqa, həmçinin “iPadOS 14” və “tvOS 14” sistemləri əlçatan olub.

“IOS 14” sistemini yükləmək üçün “Apple”ın saytına daxil olmaq və xüsusi ictimai beta test profilini quraşdırmaq lazımdır. “Apple” şirkəti xəbərdarlıq edir ki, “iOS 14” sisteminin test versiyası yekun deyil, buna görə bəzi səhvlərin olması mümkündür. Şirkət yeni sistemi quraşdırmazdan öncə sistemin ehtiyat surətini yaratmağı təklif edir.

Həmçinin bütün istifadəçilər üçün “iPadOS 14” və “tvOS 14” (“iPad” planşeti və “Apple TV” oyun konsolu üçün əməliyyat sistemləri) əlçatan olub.

“Apple”ın cihazları üçün yeni əməliyyat sistemləri iyunun 22-də elan edilib.

Emil Hüseynov

İstinadlar ict news