“Apple”ın tərtibatçıları əməliyyat sisteminin yekun beta-versiyasını çıxarıblar və tezliklə tam versiya təqdim ediləcək.

“iOS 12” sistemi 17 sentyabrda əlçatan olacaq.

Yeni əməliyyat sistemi “iOS 11” sistemini dəstəkləyən bütün qurğularda işləyəcək.

Tərtibatçılar dəstəklənən qurğuların tam siyahısını açıqlayıblar:

· iPhone X;

· iPhone 8 və 8 Plus;

· iPhone 7 və 7 Plus;

· iPhone 6S və 6S Plus;

· iPhone SE;

· iPhone 6 və 6 Plus;

· iPhone 5S;

· iPad Pro (9.7 düym, 10.5 düym, 12.9 düym);

· iPad (2018);

· iPad (beşinci nəsil);

· iPad Air və iPad Air 2;

· iPad mini 2, 3, və 4;

· iPod Touch (altıncı nəsil).

“iOS 12” əvvəlki sistemdən daha sürətli işləyəcək. Məsələn, mətnin yığılması vaxtı reaksiya daha yaxşılaşacaq. Kilid ekranında göstəriləcək bildirişlər sıralanacaq.

Ən genişmiqyaslı yeniliklər “Memoji” və “FaceTime” qrup zəngləri olacaq. Həmçinin “Animoji”nin imkanları genişləndirilib: yeni “iOS”-da onlar göz vura və dil çıxara biləcək.

İstinadlar ict news