İordaniyanın Akaba limanında zəhərli qaz sızması nəticəsində 13 nəfər ölüb, azı 263 nəfər zərər çəkib.

“Akaba limanında zəhərli qazlı maddə ilə dolu çənin daşınma zamanı aşması bədbəxt hadisə baş verib. Bu, qaz sızmasına səbəb oldu”, – İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amer əs-Sartavi deyib.

Qaz sızmasının yaşayış məntəqələrindən uzaqda baş verdiyi qeyd edilir. İordaniya Sənaye Palatasının sözçüsü Əhməd əl-Bas sisternin içərisində maye xlor olduğunu bildirib.

Onun sözlərinə görə, hadisə yerində mülki müdafiə mütəxəssisləri işləyir. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. “Sky News Arabia” telekanalı isə bildirib ki, ölənlərin təxliyəsinə aviasiya cəlb olunub.

İstinadlar Report