İordaniyanın daxili işlər naziri Mazen əl-Faraya Suriyanın Dəra şəhərindən 15 km cənubda yerləşən Suriya ilə sərhəddə yerləşən “Nəsib” nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar qəbul edilib.
Ordaniya və Suriya sərhədində yerləşən “Nəsib” keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub. Agentliyin həmsöhbətinin sözlərinə görə, onlarla sərnişin və yük maşını ərazidə qalıb.