İordaniya Kralı II Abdullah bildirib ki, Qəzza zolağının yenidən qurulması əhali köçürülmədən aparılmalıdır.

Bu barədə Kral Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra özünün X səhifəsində yazıb.

“Görüş zamanı mən İordaniyanın fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsinə qarşı sarsılmaz mövqeyini bir daha təkrarladım. Bu, ərəb ölkələrinin ortaq mövqeyidir. Hər kəs üçün prioritet Qəzzanın sakinlərini köçürmədən yenidən qurulması, eləcə də zolaqdakı çətin humanitar vəziyyətin həlli olmalıdır”, – deyə o qeyd edib.

İstinadlar Report