Bu gecə saat 2 radələrində bulvarda intihar edən 22 yaşlı Günel Rzazadə Azərbaycan Tibb Universitetinin tələbəsidir.

1994-cü il təvəllüdlü G.Rzazadə 2017-ci ildə 667 balla universitetə qəbul olub.

Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Günel Rzazadə Müğdət qızı bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Günel Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb.

Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Günelin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

Bakupost saytı Balahüseyn Məmmədovun  xilasedilmə görüntülərini yayıb.

İstinadlar Qafqazinfo