İnterpolun sabiq rəhbəri, Çinin ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey bu gün keçirilən məhkəmə iclası zamanı rüşvət aldığını etiraf edib.

Bu barədə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun bəyanatında deyilir.

Hökm daha daha sonra açıqlanacaq, dəqiq vaxt bildirilmir.

Qeyd olunur ki, Men Hunvey uzun illər ərzində xidməti vəzifəsindən şəxsi mənafeyi üçün və üçüncü tərəflərin maraqlarına uyğun olaraq istifadə edib, qiymətli hədiyyələr və böyük məbləğdə rüşvət alıb. Onun aldığı vəsaitlərin ümumi məbləği təxminən 14,46 milyon yuan (təxminən 2,1 milyon dollar) olduğu bildirilir.

İstinadlar Report