İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir qrup özəl internet xidmətləri təminatçıları (provayderlər) ilə görüş keçirilib.

Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər, haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, istehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlıdır.

İstinadlar Report