İnstaqram sosial şəbəkəsi bir sıra yeniliklər tətbiq edib.

Istifadəçilər digər bir şəxsə mesaj göndərilməsini 29 günə qədər əvvəlcədən planlaşdıra biləcəklər.

Digər yenilik isə dialoqun yuxarı hissəsində üçədək çatı sabitləmək fürsətidir.

Bundan əlavə, artıq başqa dildə olan mesajları instaqramın öz çatında tərcümə etmək mümkün olacaq.

Həmçinin istifadəçilərə dostları QR kodların köməyi ilə qrup çatlarına dəvət etmək imkanı yaradılıb.



İstinadlar Qafqazinfo